Lionel Messi Argentina milli komandasına çağırılıb
Argentina milli komandasının məşqçilər korpusu qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlayıb. Siyahıya "İnter Mayami"nin hücumçusu Lionel Messi də daxil edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Avqustun sonunda 39 yaşlı Messi Argentina millisindəki karyerasını başa vurduğunu elan etmişdi.
Bildirilir ki, Messi, Rodriqo De Paul və Covanni Lo Çelso oktyabrın 6-da Buenos-Ayresdəki "River Pleyt" stadionunda Benin komandasına qarşı keçiriləcək sonuncu yoldaşlıq oyunundan əvvəl milliyə qoşulacaqlar. Lionel Skaloninin komandası həmçinin Boliviya (30 sentyabr) və Burkina-Faso (3 oktyabr) yığmaları ilə qarşılaşacaq.
Messi Argentina millisinin heyətində keçirdiyi oyun (207) və vurduğu qolların (125) sayına görə rekordçudur. O, komanda ilə birlikdə 2022-ci il dünya çempionatının, 2008-ci il Olimpiya oyunlarının qızıl medallarını qazanıb və iki dəfə Amerika Kubokunun (2021, 2024) qalibi olub.
Almaz Həsənli































































































