Rafael Fiziyev UFC reytinqinin TOP-10-luğuna qayıdıb
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-nin yüngül çəki dərəcəsində yenilənmiş reytinqində 10-cu pilləyə yüksəlib.
Oxuməni.az xəbər verir ki, dəyişikliklər Parisdə keçirilən UFC 330 turnirindən sonra baş verib. Turnirin nəticələrinə əsasən təşkilat bütün çəki dərəcələri üzrə reytinqləri yeniləyib.
Fiziyev iki rəqibini geridə qoyaraq 12-ci pillədən 10-cu yerə yüksəlib. Buna fransalı Salahdin Parnassın debütü də təsir edib. O, ilk raundda Den Hukeri nokaut edərək dərhal TOP-10-a daxil olub və 9-cu pilləni tutub. Bunun ardınca Mateuş Qamrot və Beneil Dariuş reytinqdəki mövqelərini itirib və bu, Fiziyevin divizionun ilk onluğuna yüksəlməsinə şərait yaradıb.
Döyüşçünün ən yüksək nəticəsi 2023-cü ilə təsadüf edib. Həmin vaxt o, UFC döyüşçülərinin reytinqində ilk altılıqda yer alıb.
32 yaşlı idmançının aktivində 14 qələbə və beş məğlubiyyət var. Yüngül çəki divizionunun çempionu olaraq amerikalı Castin Qeyci qalır. Fiziyev onunla keçirdiyi iki döyüşdə hakimlərin bölünmüş və yekdil qərarları ilə məğlub olub.
Azərbaycanlı döyüşçü sonuncu döyüşünü iyun ayında Bakıda keçirilən UFC Fight Night turnirində keçirib. O, meksikalı Manuel Torresi ikinci raundda nokaut edib.
Daha bir azərbaycanlı döyüşçü Tofiq Musayev isə daha əvvəl 14-cü pillədə qərarlaşdığı TOP-15 reytinqini tərk edib.
Almaz Həsənli



























































































