Argentinalı ulduzun sevgilisi Çina Suarezin üzərində Qalatasaray formasında İkardinin təsviri olan açarlıq taxıb
Qalatasaraydakı çıxışları ilə sarı-qırmızılı azarkeşlərin heyranlığını qazanan və onların yaddaşında xüsusi yer tutan Mauro İkardi ilə bağlı diqqətəlayiq bir detal ortaya çıxdı. Argentinalı ulduzun sevgilisi Çina Suarezin üzərində Qalatasaray formasında İkardinin təsviri olan açarlıq taxdığı görüntülənib. Oxuməni.az xəbər verir ki, bu barədə Habeler.com -un yaydığı məlumatda deyilir.
Qalatasaraydan ayrılan Mauro İkardi, qırmızı-sarı komandada keçirdiyi vaxtdan sonra da diqqət mərkəzində qalmağa davam edir. Son zamanlar futbol xəbərlərindən daha çox dedi-qodu sütunlarında yer alan İkardinin sevgilisi Çina Suarezlə vaxt keçirdiyi görüntülənib. İkardinin sevgilisinin istifadə etdiyi açarlıq diqqət çəkib.
Argentinalı hücumçu Mauro İkardi "Qalatasaray"dan ayrıldıqdan sonra da tez-tez xəbərlərdə görünməyə davam edir. Futbol karyerasından daha çox şəxsi həyatı ilə danışılan məşhur futbolçu, bu dəfə sevgilisi Çina Suarezlə vaxt keçirərkən çəkdirdiyi fotolardakı detallar sayəsində xəbərlərin əsas mövzusuna çevrilib.
Argentinalı futbolçunun sevgilisi Çina Suarez gündəlik həyatında "Qalatasaray" formasında İkardinin təsvir olunduğu açarlıqdan istifadə etdiyi görülüb.

İkardinin "Qalatasaray"dan ayrılmasına baxmayaraq, bu detalın istifadəsinin davam etməsi "qırmızı-sarı" azarkeşlərin də diqqətini çəkib.
Mauro İkardi 2022-ci ilin sentyabrında "Qalatasaray"a qoşulub və "qırmızı-sarı" formada diqqətəlayiq performans nümayiş etdirib.
33 yaşlı futbolçu "Qalatasaray"da 134 oyun keçirib. Bu oyunlarda argentinalı ulduz 77 qol vurub və 25 məhsuldar ötürmə ilə komandanın ən vacib hücum oyunçularından birinə çevrilib.
Əziz Mustafa





























































































