“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, ölkə çempionunun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan kluba 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.
Oxuməni.az


































































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)



















