Camal Musiala bir həftə ərzində ikinci dəfə oyun zamanı huşunu itirib

Camal Musiala bir həftə ərzində ikinci dəfə oyun zamanı huşunu itirib

12:34
Bəyəndim (2) Bəyənmədim (0)

Çərşənbə axşamı "Bayern" Münhen yoldaşlıq oyununda "Haydenhaym"ı 4-2 hesabı ilə məğlub edib. Oxuməni.az Almaniya mətbuatına istinadən xəbər verir ki, oyun zamanı meydanda az qala faciə ilə bitəcək hadisə baş verib.

Belə ki, münhenlilərin oyunçusu Camal Musiala oyun zamanı qəflətən huşunu itirərək yerə yıxılıb. Həkim müdaxiləsindən sonra o ayağa qalxaraq tibb personalının köməyi ilə meydanı tərk edib. Bu, Camal Musiala ilə bağlı ilk hadisə deyil. Avqustun 15-də yarımmüdafiəçi "Leypsiq"lə 3-1 hesabı ilə başa çatan yoldaşlıq oyununda istidən huşunu itirib və yalnız həkimlərin yardımından sonra ölüm təhlükəsindən xilas ola bilib.

23 yaşlı Musiala 2020-ci ildən "Bayern"də oynayır. Komanda ilə birlikdə altı Almaniya çempionluğu, bir Almaniya Kuboku, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunu qazanıb.

Əziz Mustafa