Niderlandlı Demi Vollerinq karyerasında ikinci dəfə "Tur de Frans"ın qalibi olub

Niderlandlı Demi Vollerinq karyerasında ikinci dəfə "Tur de Frans"ın qalibi olub

16:17
Bəyəndim (1) Bəyənmədim (0)

Qadınlar arasında "Tur de Frans" veloyürüşü avqustun 9-da Nis şəhərində niderlandlı velosipedçi Demi Vollerinqin həm mərhələdə, həm də ümumi hesabda qələbəsi ilə başa çatıb. Lakin intriqa finişə qədər davam edib: Vollerinq ümumi təsnifatda ikinci pillədə qərarlaşan polşalı idmançı Katarjina Nevyadomadan səkkiz saniyəlik üstünlüklə starta çıxmışdı. Oxuməni az xəbər verir ki, bu barədə RFI məlumat yayıb.

Final mübarizəsinə xüsusi dramatiklik qatan məqam o idi ki, 2024-cü ildə Nevyadoma məhz Vollerinqi ümumi hesabda dörd saniyə qabaqlayaraq qələbə qazanmışdı. Bu dəfə isə niderlandlı velosipedçi revanş alıb: Nevyadoma sonuncu yüksəlişdə — Ez aşırımında geri düşüb və finişdə 17 saniyə fərqlə məğlub olub.

Əvvəlcə kanadalı İzabella Holmqren uzun müddət təkbaşına liderlik edib. O, finişə 20 kilometr qalana qədər liderliyini qoruyub, lakin bundan sonra onu Demi Vollerinq və Katarjina Nevyadomanın da olduğu təqibçi qrup yaxalayıb.

Bu, 2023-cü ildəki zəfərindən sonra Demi Vollerinqin "Tur de Frans"da ikinci qələbəsidir. Nevyadoma ikinci, italiyalı Eliza Lonqo Borqini isə ümumi hesabda üçüncü yeri tutub.

Ötən ilin qalibi fransalı Polin Ferran-Prevo idi. O, titulunu qorumağa çalışsa da, yarışdan kənarlaşmalı olub. Avqustun 8-də, şənbə günü o, yarımfinal mərhələsinin startına çıxmayıb. "Visma-Lease a Bike" komandasının lideri ümumi hesabda liderdən 14 dəqiqə 37 saniyə geri qalaraq 14-cü pillədə qərarlaşmışdı.

Almaz Həsənli