"Sabah" Çempionlar liqasında "Orhus"la görüşdə ilk məğlubiyyətini aldı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Sabah" Danimarkada "Orhus"la görüşüb. Randers stadionunda baş tutan görüş ilk dəqiqələrdən gərgin mübarizə ilə yadda qalıb. "Sabah" oyuna fəal başlayıb və rəqib qapısı ağzında bir neçə dəfə 100 faizli qol vəziyyəti yarada bilib. Lakin həlledici anda meydan sahiblərinin qapıçısı bir neçə dəfə qapısını qoldan xilas edə bilib. "Orhus"un "Sabah" ın qapısına hücumları da təhlükəli olub. Belə hücumlardan birində, oyunun 31-ci dəqiqəsində meydan sahiblərinin 19 yşlı gənc hücumçusu Ceyms Boqere sərrast zərbə ilə hesabı açıb 1-0.
Buraxılmış qoldan sonra "Sabah" fəallığı xeyli artırsa da birinci hissədə hesabı bərabərləşdiriə biləməyib. İkinci hissə də "Sabah"ın aramsız hücumları ilə başlayıb, ancaq həlledici məqamlarda yenə də 100 faizli qol imkanlarından istifadə edə bilməyib. Coy-Lens Mikelsin və Umarali Raxmonaliyevin zərbələrindən sonra iki dəfə qapı dirəyi meydan sahiblərini 100 faizli qoldan xilas edib. Əvəzində "Sabah" qapısında ikinci qolu görüb. Oyunun 63-cü dəqiqəsində Boqere dubl edərək ikinci topu "Sabah"ın qapısından keçirib və komandasını üstünlüyüni iki topa çatdırıb: 2-0.
"Sabah"ın gücü bu toplardan yalnız birinin əvəzini çıxmağa çatıb. Oyunun 66-cı dəqiqəsində Simiç güclü zərbə ilə hesab arasındakı fərqi minimuma endirıb: 1-2. Oyunun sonlarinda Stiv Solvay hesabı bərabərləşdirən qol vurub. Lakin bu qol ofsayd səbəbindən qeydə alınmayıb. Beləliklə "Sabah" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən oyunda ilk məölubiyyətini alıb.
Oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas məğlubiyyətə baxmayaraq, kollektivindən razı qaldığını söyləyib. O eyni zamanda qeyd edib ki, "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm, ona görə də nəticədən məyusam. Amma onlar iki möhtəşəm zərbə ilə iki qol vurdular. Belə hallarda yalnız rəqibi təbrik etmək qalır".
Valdas Dambrauskas deyib:“Çətin oyun oldu. Buradakı möhtəşəm azarkeşlər səbəbindən atmosfer bizim üçün asan deyildi. 0:2 hesabı ilə geridə düşdük, sonra bir qol vurduq və məncə, heç-heçəyə layiq idik".
Bu komandalar arasında cavab oyunu 11 avqustda Bakıda keçiriləcək. Bu matçın qalibi turnirin pley-off mərhələsində İsrailin Hapoel Be'er Şeva - Crvena Zvezda (Serbiya) cütlüyünün ən güclü komandası ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi (ilk oyun)
21:10. "Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan) 2:1
Qollar: C. Boqere, 31, 63 - V. Simiç, 66
"Orhus": Mads Kristiansen, Kolin Ryosler, Frederik Tinqaqer, Erik Kal, Mikael Anderson, Maqnus Knudsen, Yens Yonsson, Frederik Emmeri, Tobias Bek, Ceyms Boqere, Kristian Arnstad (k)
"Sabah": Stas Pokatilov (k), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris
Baş hakim: Rade Obrenoviç
Yan xətt hakimləri: Aleksandr Kasapoviç və Qreqa Kordey
Dördüncü hakim: Martin Matoşa
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
Əziz MUSTAFA






















































































