Kriştiano Ronaldonun nişanlısı onun görünüşünə edilən tənqidlərə cavab verib
Oxuməni.az xəbər verir ki, sosial mediada bədən quruluşu ilə bağlı bəzən mənfi şərhlərlə qarşılaşan Georgina Rodriguez sükutu pozub və diqqətəlayiq bir mesaj paylaşıb. Yaşlanma və dəyişikliyin təbiiliyini vurğulayan Rodrigez, "Hər bir qadının bədəni kimi, mənim bədənim də dəyişəcək. Ümid edirəm ki, illər sonra da dəyişəcək, çünki bu, hələ də sağ olduğum anlamına gələcək" dedi.
Çıxışına davam edən Rodrigez dedi: "Mən altı gözəl uşağın anasıyam; onlardan üçü bir gün gözəl qadınlar olacaq qızlardır. Əgər onlara, ata və kişi kimi dəyərləri ilə fəxr etdiyim Kriştiano ilə birlikdə öyrətmək istədiyim bir şey varsa, o da insanın dəyəri heç vaxt onun fiziki görünüşü və ya başqalarının fikirləri ilə müəyyən edilə bilməz. Onlara hər gün verməyə çalışdığım bu kiçik müsbət psixologiya dozası, illüziyalarla dolu bir dünyada öz yolumu tapmağa davam etməyimə də kömək edir."
Rodrigezin cəsarətli və ilhamverici paylaşımı tez bir zamanda minlərlə bəyənmə və şərh topladı, ən diqqətəlayiq dəstək isə Lionel Messinin həyat yoldaşı Antonella Roccuzz-dan gəldi. Rokkuzzonun paylaşımı altında dəstəkləyici şərh yazaraq, qadın həmrəyliyinin gözəl bir nümunəsini nümayiş etdirdi.
Əziz MUSTAFA
























































































