Ronaldu Messini toyuna dəvət edib

Ronaldu Messini toyuna dəvət edib

11:07
Bəyəndim (1) Bəyənmədim (0)

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldu uzun müddətdir rəqibi olan Lionel Messini Corcina Rodriqeslə keçiriləcək toyuna dəvət edib. Rəqibinin dəvət olunmasında təşəbbüskarın futbolçunun özü olmaya biləcəyi ehtimal edilir.

Bu barədə jurnalist Eseqboni Luisə istinadən Oxuməni az məlumat yayıb.

Mənbənin sözlərinə görə, Messi Ronaldu və Rodriqesin toyuna dəvətnamə alıb. Bunun təşəbbüskarı Messinin həyat yoldaşı Antonella Rokuzzo ilə dostluq münasibətlərində olan Corcina ola bilər.

Argentina millisinin hücumçusu ilə yanaşı, qonaqlar arasında braziliyalı hücumçu Neymar və portuqaliyalı futbolçu ilə dostluq münasibətləri olan UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədovun da olacağı gözlənilir.

Ronaldu və Corcina Rodriqesin gələn həftəsonu Madeyrada evlənəcəyi avqustun 2-də, bazar günü məlum olub.

Dəvət olunan qonaqlar siyahısında musiqiçilər Dreyk, Rianna və Cennifer Lopez, bloqer IShowSpeed, teleaparıcı Pirs Morqan və bir çox başqaları da var.

Ronaldu və Corcina Funşal kafedralında evlənəcəklər, bundan sonra toy mərasimi beşulduzlu oteldə qeyd olunacaq. Otel qonaqlarına cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə bar zonasının bağlı olacağı barədə məlumat verilib.

Funşal Ronaldunun doğma şəhəridir. Portuqaliyalı oyunçu modelə evlilik təklifini 2025-ci ildə edib. Ronaldu və Corcina 2016-cı ildən münasibətdədirlər.

Almaz Həsənli