Qələbə "Neftçi"yə növbəti mərhələyə çıxmaq üçün yetərli olmadı

Qələbə "Neftçi"yə növbəti mərhələyə çıxmaq üçün yetərli olmadı

31 İyul 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu keçirilib. Belarusun "Dinamo Minsk" komandası öz meydanında Bakının "Neftçi" komandasını qəbul edib. Oyuna daha fəal başlayan "Neftçi" 13-cü dəqiqədə Breno Almeyda vurduğu qolla hesabı açıb. Birinci hissədə meydanda daha yaxşı oyun nümayiş etdirən "Neftçi" bununla belə 4-5 dəfə 100 fazili qol vəziyyətlərindən istifadə edə bilməyib. İkinci hissədə də "Neftçi" rəqib qapısına aramsız hücumları davam etdirsə də yenə əlverişli qol vəziyyətlərində istifadə edə bilməyib. Nəticədə oyun 1-0 hesabı ilə komandamızın xeyrinə baş çatıb. Bununla belə qələbə "Neftçi"yə növbəti mərhələyə çıxmaq üçün yetərli olmayıb. İki oyunun nəticəsinə görə (3-4) "Neftçi" rəqibinə məğlub olaraq Konfrans liqasında mübarizəni dayandırıb.

Konfrans liqasındakı digər təmsilçimiz "Zirə" Estoniyanın "Paide"komandası ilə Bakıda keçirdiyi oyunda1-1 hesabı ilə heç-heçə etsə də, iki oyunun nəticəsinə görə (1-2) məğlub olaraq mübarizəni dayandırıb.

Əziz MUSTAFA