Tadey Pogaçar beşqat "Tur de Frans" qalibi oldu

Tadey Pogaçar beşqat "Tur de Frans" qalibi oldu

11:52
Bəyəndim (2) Bəyənmədim (0)

Sloveniyalı velosipedçi, "UAE Team Emirates-XRG" komandasının üzvü Tadey Pogaçar 2026-cı il "Tur de Frans" yarışının qalibi olub.

Oxuməni.az xəbər verir ki, Fransadakı yanğınlar səbəbindən marşrutu 133 km-dən 89 km-ə qədər qısaldılan çoxgünlük veloyürüşün 21-ci, sonuncu mərhələsini niderlandlı Matye van der Pul 1 saat 58 dəqiqə 49 saniyəlik nəticə ilə qazanıb. Pogaçar finişə 30-cu çatsa da, ümumi hesabda 73 saat 56 dəqiqə 26 saniyəlik nəticə ilə birinci pillədə qalıb.

27 yaşlı sloveniyalı beşqat "Tur de Frans" qalibi olub (2020, 2021, 2024, 2025, 2026) və titulların sayına görə Jak Anketil, Eddi Merks, Bernar İno və Migel Induraynla bərabərləşib. 2024-cü ildə Pogaçar həmçinin "Ciro d'İtaliya" yarışında da qalib gəlib. Bundan əlavə, o, 2020-ci il Olimpiya Oyunlarının qrup yarışında bürünc medal qazanıb.

Almaz Həsənli