"Zirə" Estoniyada yerli "Payde"yə məğlub olub
Dünən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə" Estoniyada yerli "Payde" ilə üz-üzə gəlib. Oyunun birinci hissədsndə meydanda "Zirə" daha gözəl oyun nümayiş etdirib və ən azı beş qol imkanını əldən qaçırıb.
İkinci hissədə meydan sahibləri daha fəal oynayıblar. Bununla belə əks-hücumlar zamanı yenə "Zirə" futbolçuları 100 faizli qol imkanlarından yararlana bilməyiblər. Eyni zamanda meydan sahiblərinin hücumları daha təhlükəli olub. "Zirə"nin qapıçısı Aydın Bayramov azi 5-6 dəfə qapısını 100 faizli qoldan xilas edə bilib. Bununla belə oyunun 87-ci dəqiqəsində "Zirə"nin müdafiəçlərinin səhvindən istifadə edən Pa Abdu Çam hesabı açıb:1-0. Oyun bu hesabla da "Payde"nin xeyrinə başa çatıb.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Payde" ilə Estoniyada keçirilən ilk oyunundan sonra mətbuat konfransında deyib ki, birinci hissədə daha yaxşı oynadıq və təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik.
"İkinci hisəyə də yaxşı başladıq. Amma son 15-20 dəqiqədə oyun bərabərləşdi və bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan qabaq da demişdim ki, rəqibin Avropa təcrübəsi var. Bunu oyunun sonlarında da hiss etdik. İlk oyun olub, cavab matçında evdə yaxşı nəticə qazanıb mərhəlni keçmək istəyirik",-deyə Rəşad Sadıqov bildirib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Matçın qalibi III təsnifat mərhələsində "Sent Patriks" (İrlandiya) – "Nomme Kalyu" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00
"Payde" (Estoniya) – "Zirə" (Azərbaycan) 1:0
Baş hakim: Roman Jitari (Moldova)
Stadion: "Rannastaadion" (Pyarnu, Estoniya)
Əziz MUSTAFA



















































.jpg-2.jpg)




























.jpg)









