"Neftçi" evdə Minskin Dinamo komandasına biabırçı şəkildə məğlub olub
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu keçirilib. "Neftçi" Belarus Dinamo Minski qəbul edib.
Bakıdakı Palms Arenada baş tutan oyun qonaqların 4-2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 2-ci dəqiqəsində də "Neftçi"nin kapitanı Emin Mahmudov hesabı açıb :1-0.
8-ci dəqiqədə Minskdən Aleksandr Selyava avtoqol müəllifi olub. 36-cı dəqiqədə qonaq komandanın hücumçusu Karen Vardanyan hesab arasındakı fərqi azaldıb.
47-ci dəqiqədə belaruslu yarımmüdafiəçi Yevgeni Malaşeviç hesabı bərabərləşdirib: 2-2.
Vardanyan 57-ci dəqiqədə meydan sahiblərinin qapısına daha bir qol vuraraq dubl edib: 3-2.
77-ci dəqiqədə Dinamonun yarımmüdafiəçisi Alıqulov "Neftçi"nin qapısına təyin edilən penaltidən vurduğu qolla komandasını 4-2 hesabı ilə irəli çıxarıb. Oyun bu hesabla da Dinamo Minskin xeyrinə başa çatıb.
20:00. "Neftçi" - "Dinamo" - 2:4
Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardenyan, 36, 57, Yevgeni Malaşeviç, 47, Quljiqit Alıkulov, 77
Baş hakim: Kostas Fellas, Kipr
Komandalar arasında cavab oyunu 30 iyulda Bolqarıstanda keçiriləcək.
Oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Vernidub məğlubiyyətə baxmayaraq istefa vermək niyyətində olmadığını deyib. O qeyd edib ki, "Neftçi" tarixi klubdur və onunla çox uğurlara imza atmaq niyyətindədir.
"Siz düşünürsüz ki, iki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? Mən fərqli düşünürəm. . Mən birinci məğlubiyyətdən sonra "istefa verəcəksiniz?" deyilməsini görməmişəm. Cavab oyununa hazırlaşacağıq. Uda da bilərik. Sizə gülməli gələ bilər, ancaq bu mümkündür. İmkan yaratmaq lazımdır ki, məşqçi işləsin",- deyə Vernidub bildirib.
Əziz MUSTAFA






















.jpg-2.jpg)




























.jpg)





































