"Sabah" Danimarka və ya Polşaya yollana bilər
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatması keçirilib.
Oxuməni. az xəbər verir ki, Azərbaycan çempionu "Sabah" 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS klubunu keçəcəyi təqdirdə, 3-cü mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
"Sabah" ilk oyununu avqustun 4-ü və ya 5-də səfərdə, cavab oyununu isə avqustun 11-də evdə keçirəcək.
Xatırladaq ki, 2-ci təsnifat mərhələsində Valdas Dambrauskasın komandası Finlandiyanın KuPS klubu ilə üz-üzə gələcək. Bu oyunlar iyulun 21-də və 28-də baş tutacaq.
Almaz Həsənli
Digər xəbərlər


























































































