Avropa Liqası: "Qarabağ" "Vestri"ni darmadağın edərək ikinci təsnifat mərhələsinə yüksəldi
Reykyavikdə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Vestri" və "Qarabağ" komandaları qarşılaşıblar.
Oxuməni.az-ın məlumatına görə, Reykyavikdəki "Trouttarvedlyur" stadionunda keçirilən oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun cəmi nəticəsi - 6:0.
Matçı çexiyalı referi Marek Radinanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
"Qarabağ" ilk dəqiqələrdən təşəbbüsü ələ alıb və artıq 5-ci dəqiqədə Jali Muaddibin qolu ilə hesabı açıb. 29-cu dəqiqədə Pedro Bikalho Ağdam təmsilçisinin üstünlüyünü artırıb, ikinci hissənin başlamasından 11 dəqiqə sonra isə Zəkəriyyə Savo üçüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib.
Beləliklə, Ağdam klubu iki oyunun cəminə görə rəqibini məğlub edərək II təsnifat mərhələsinə vəsiqə qazanıb. Burada "Qarabağ"ın rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Bolqarıstan "ordu klubu" səfərdə İrlandiyanın "Derri Siti" komandasını 2:1 hesabı ilə məğlub edib. İki oyunun cəmi - 5:3.
Komandalar arasında ilk oyun iyulun 23-də Bakıda, cavab görüşü isə iyulun 30-da Bolqarıstanda keçiriləcək.
Almaz Həsənli





























































.jpg)

.jpg)


.jpg)






















