"Yuventus" Türkiyə milli komandasının sağ cinah müdafiəçisi Zeki Çeliki öz heyətinə qatıb

"Yuventus" Türkiyə milli komandasının sağ cinah müdafiəçisi Zeki Çeliki öz heyətinə qatıb

11:22
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya A Seriyası klubu "Yuventus" Türkiyə milli komandasının sağ cinah müdafiəçisi Zeki Çeliki heyətinə qatdı. Klub əvvəllər "Roma"da oynamış 29 yaşlı futbolçu ilə üç illik müqavilə imzaladığını açıqladı.

İtaliya A Seriyası klubu "Yuventus" milli futbolçu Zeki Çeliki heyətinə qatdı.
Oxuməni.az xəbər verir ki, bu barədə "Yuventus" klubunun rəsmi açıqlamasında bildirilib. Qeyd edilir ki, sonuncu dəfə 2018-ci ildən 2022-ci ilə qədər "Roma"da oynamış 29 yaşlı futbolçu ilə üç illik müqavilə imzalayıb.

"Bursaspor" akademiyasının yetirməsi olan Zeki Çelik peşəkar karyerası ərzində "Karacabey Belediyespor", "İstanbulspor", "Lill" və "Roma"da oynayıb.

Milli oyunçu 2020-2021 mövsümündə Fransanın "Lill" klubu ilə liqa çempionu titulunu qazanmağın sevincini yaşayıb.
Zeki Çelik sosial media hesablarında paylaşdığı mesajda müqaviləsinin müddəti bitən "Roma" ilə vidalaşdı.

Təsvir edilə bilməyən duyğularını ifadə edən 29 yaşlı sağ cinah müdafiəçisi deyib: ""Roma" formasını geyinmək mənim üçün həmişə böyük şərəf və qürur olub. Bu klubda keçirdiyim hər gün məni futbolçu və insan kimi inkişaf etdirib. Məşqçilərimə, komanda yoldaşlarıma, klub heyətinə, idman direktorlarına və məşqçi heyətimizin hər bir üzvünə təşəkkür etmək istəyirəm. İndi karyeramda yeni bir səhifə açmağın vaxtıdır. Amma mən həmişə bu klubu, bu şəhəri və hamınızı ürəyimdə daşıyacağam. "Roma"ya gələcəkdə uğurlar arzulayıram və ümid edirəm ki, layiq olduqları bütün qələbələrə nail olacaqlar."

Əziz MUSTAFA