UEFA Avropa Liqası: "Qarabağ" Reykyavikdə "Vestri" ilə qarşılaşacaq

UEFA Avropa Liqası: "Qarabağ" Reykyavikdə "Vestri" ilə qarşılaşacaq

11:15
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Qarabağ" klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Oxuməni.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri səfərdə İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq.

Reykyavikdəki "Trottarvellur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Görüşü çexiyalı FİFA referisi Marek Radina idarə edəcək.

Bakıda keçirilən ilk matçda "Qarabağ" 3:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, "Qarabağ" "Vestri"ni məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə MOİK (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq (ilk oyun – 3:2).

Almaz Həsənli