Konfrans Liqası: "Zirə" Kutaisidə "Torpedo" ilə cavab oyununa çıxır

Konfrans Liqası: "Zirə" Kutaisidə "Torpedo" ilə cavab oyununa çıxır

11:08
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Zirə" klubu Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

Oxuməni.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası səfərdə Gürcüstanın "Torpedo" klubu ilə qarşılaşacaq.

Kutaisidəki "Şengeliya Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı FİFA referisi Mixay Kapray olacaq.

Bu cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) - "Payde" (Estoniya) cütünün (ilk oyun – 1:1) qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, Sumqayıtda keçirilən ilk oyunda "Zirə" rəqibini 3:0 hesabı ilə məğlub edib.

Almaz Həsənli