UEFA-da FİFA prezidentliyinə namizədlər müzakirə olunur

UEFA-da FİFA prezidentliyinə namizədlər müzakirə olunur

12:07
Bəyəndim (1) Bəyənmədim (0)

UEFA-nın tərkibindəki bir neçə Avropa milli assosiasiyası qarşıdan gələn FİFA prezidenti seçkilərində irəli sürüləcək potensial namizədlərin müzakirəsinə başlayıb. Oxuməni. az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb. Müzakirələr FİFA-nın İntizam Komitəsinin ABŞ millisinin hücumçusu Folarin Baloqunun 2026-cı il Dünya Çempionatındakı diskvalifikasiyasını ləğv etmək qərarından sonra aktivləşib.

FİFA-nın hazırkı prezidenti Canni İnfantino növbəti müddətə yenidən seçilmək niyyətindədir. Bəzi Avropa federasiyalarının (o cümlədən Belçika, Almaniya, İspaniya, İsveç və Norveç) namizəd kimi müzakirə etdiyi şəxslər arasında Polşanın "Legiya" klubunun sahibi Dariuş Mioduski və KONKAKAF-ın prezidenti Viktor Montalyaninin adları çəkilir. Bununla yanaşı, UEFA prezidenti Aleksander Çeferin 2027-ci ilin yazında Avropa qurumunda özünün yenidən seçilməsinə diqqət yetirməyi planlaşdırır, "PSJ"-nin prezidenti Nasser Əl-Xelaifi isə hələlik beynəlxalq federasiyanın rəhbəri postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan etməyib. Afrika futbolunun rəhbəri, KAF prezidenti Patris Motsepe də özünü FİFA-nın gələcək rəhbəri kimi görür, lakin İnfantinonun yaxın müttəfiqi olduğu üçün hazırkı prezidentin hakimiyyətdə qalma müddətinin başa çatacağı 2031-ci ili gözləməyə üstünlük verəcək.

FİFA-nın növbəti prezident seçkiləri üçün namizədlər noyabrın 18-dək irəli sürülə bilər, seçkilərin özü isə noyabrın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək.

Almaz Həsənli