Formula-1 Azərbaycanda və ya Sinqapurda iki yarış keçirə bilər
Formula-1 rəhbərliyi Yaxın Şərqdə yenidən gərginləşən siyasi vəziyyət səbəbindən ləğv oluna biləcək Qətər və BƏƏ-dəki mərhələlər üçün əvəzedici axtarır. Oxuməni.az -ın məlumatına görə, bu barədə "Motorsport Italia" xəbər verir.
Yarışların hazırkı sayını (22) qoruyub saxlamaq istəyinin əsas səbəblərindən biri sponsorlar və telekanallar tərəfindən tətbiq oluna biləcək sanksiyalardır.
F-1 rəhbərliyi Azərbaycanda və ya Sinqapurda ikinci yarışın keçirilməsi imkanını nəzərdən keçirir, lakin bu variant üstünlük verilən hesab edilmir. Həmçinin Türkiyə Qran-prisinin keçirilməsi məsələsi də qaldırılmışdı, lakin trasın vəziyyəti ilə bağlı bu variantdan imtina edilib.
Xatırladaq ki, yaz aylarında Səudiyyə Ərəbistanı və Bəhreyndəki mərhələlərin ləğvi səbəbindən Formula-1 təqvimi 24 yarışdan 22-yə endirilmişdi.
Almaz Həsənli








.jpg)

.jpg)
.jpg)

















































































