Bu gün DÇ-2026-nın yarımfinalının ilk matçı keçiriləcək: Fransa — İspaniya

Bu gün DÇ-2026-nın yarımfinalının ilk matçı keçiriləcək: Fransa — İspaniya

12:35
Bəyəndim (1) Bəyənmədim (0)

Dünya Çempionatında cəmi dörd oyun qalıb. Fransa və İspaniya arasındakı matç haqlı olaraq erkən final adlandırılır. Hər iki komandanın aşkar zəif cəhətləri yoxdur və onların oyunu indiyə qədər demək olar ki, mükəmməl olub.

Oxuməni. az xəbər verir ki, bu gün Fransa millisi futbol üzrə DÇ-2026-nın yarımfinalında İspaniya komandası ilə qarşılaşacaq.

Görüş ABŞ-ın Dallas şəhərində Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Fransa millisi 1/16 finalda İsveç komandasını (3:0), 1/8 finalda Paraqvayı (1:0) məğlub edib, 1/4 finalda isə Mərakeşdən (2:0) güclü olub.

İspaniya millisi 1/16 finalda Avstriya komandası üzərində (3:0) qələbə qazanıb, 1/8 finalda Portuqaliyanı (1:0) üstələyib və 1/4 finalda Belçikadan (2:1) güclü olub.

Finalda bu matçın qalibi sabah eyni vaxtda keçiriləcək İngiltərə — Argentina qarşılaşmasının ən yaxşı komandası ilə üz-üzə gələcək.

Bukmekerlərdə Fransa millisinin əsas vaxtda qələbəsinə əmsal 2,4, İspaniya komandasının uğuruna 3,3 təşkil edir, heç-heçəyə qoyulan mərc uduşu 3,2 dəfə artıracaq.

Almaz Həsənli