Avropa Liqası: "Qarabağ" İslandiyanın "Vestri" komandasını darmadağın etdi
Dünən axşam, iyulun 9-da UEFA Avropa Liqasının təsnifat mərhələsinin birinci raundunun ilk oyunu keçirilib. Azərbaycanın "Qarabağ" klubu ilə İslandiyanın "Vestri" komandası üz-üzə gəlib.
Görüş Bakıda, Tofiq Bəhramov adına stadionda baş tutub.
Oxuməni.az xəbər verir ki, "Qarabağ" 3:0 hesabı ilə qələbə qazanıb. 30-cu dəqiqədə Zəkariya Savo hesabı açıb. İlk hissənin sonlarında Abdulla Zubir meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb. 86-cı dəqiqədə isə Renaldo Sefas hesab arasındakı fərqi böyüdüb. Komandaları qarşıda cavab görüşü gözləyir.
Qurban Qurbanovun yenilənmiş komandası hələlik forma yığır və daxili əlaqələri nizama salır. İrəlidə daha yaxşı oyunların olacağı gözlənilir.
Cavab qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ" - "Vestri" oyununun qalibi Avropa Liqasının ikinci təsnifat mərhələsində CSKA (Bolqarıstan) - "Derri Siti" (İrlandiya) oyununun qalibi ilə qarşılaşacaq.
Uduzan komanda Konfrans Liqasının ikinci mərhələsinə vəsiqə qazanacaq və burada Konfrans Liqasının birinci mərhələsinin qalibi "Glentoran" (Şimali İrlandiya) - RFS (Latviya) oyununun qalibi ilə qarşılaşacaq.
Almaz Həsənli




.jpg)

.jpg)
.jpg)


































.jpg)


.jpg)
.jpg)
















.jpg)

.jpg)

.jpg)


.jpg)













