FİFA Misir yığmasının Dünya Çempionatında Argentina ilə matçda vurduğu qolun ləğv edilməsinə aydınlıq gətirib
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) Hakimlər Komitəsinin sədri Pyerluici Kollina bildirib ki, fransalı hakim Fransua Leteksye dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Misir və Argentina yığmaları arasındakı matçda düzgün qərarlar qəbul edib. Oxuməni.az xəbər verir ki, onun sözlərini təşkilatın mətbuat xidməti sitat gətirib.
Görüş argentinalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra Misir Futbol Assosiasiyası (EFA) Fransua Leteksyenin hərəkətləri ilə bağlı FİFA-ya şikayət edib. Təşkilatın rəhbəri Hani Əbu Ridanın sözlərinə görə, hakim "ikili standartlar tətbiq edib" və bu, misirlilərin məğlubiyyətinə səbəb olub. 58-ci dəqiqədə hakim VAR-ın müdaxiləsindən sonra Misir yığmasının yarımmüdafiəçisi Mostafa Zikonun qolunu ləğv edib və hücumun başlanğıcında meydanın mərkəzində Mərvan Attiyanın qayda pozuntusuna yol verdiyini qeydə alıb.
"Əgər hücum zamanı qola təsir edən bir qayda pozuntusu aşkar edilərsə, sistem meydanda video-təkrarın keçirilməsini tövsiyə edir. Qapıdan məsafə və ya insidentlə qol arasında keçən vaxtla bağlı heç bir məhdudiyyət yoxdur. Buna misal olaraq Argentina-Misir matçını göstərmək olar: orada Misir yığmasının 19 nömrəli oyunçusu Mərvan Attiya Argentina yığmasının 6 nömrəli oyunçusu Lisandro Martinesin ayağını açıq şəkildə tapdalayıb", - deyə Pyerluici Kollina bildirib.
Dörddəbir finalda Argentina yığması İsveçrə komandası ilə qarşılaşacaq. Matç iyulun 12-də Kanzas-Sitidəki "Arrowhead" stadionunda Bakı vaxti ilə saat 05.00-da keçiriləcək.
Almaz Həsənli



.jpg)

.jpg)
.jpg)

















.jpg)


.jpg)
.jpg)
















.jpg)

.jpg)

.jpg)


.jpg)










.jpg)
.jpg)
.jpg)



















