Konfrans Liqası: “Zirə” Gürcüstanın “Torpedo” komandasını darmadağın etdi

Konfrans Liqası: “Zirə” Gürcüstanın “Torpedo” komandasını darmadağın etdi

10:30
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin oyunu keçirildi. Azərbaycan “Zirə”si Gürcüstanın “Torpedo” komandasını qəbul etdi.

Oxuməni.az-ın məlumatına görə, oyun Sumqayıt Şəhər Stadionunda baş tutub və 3-0 hesabı ilə Bakı klubunun xeyrinə başa çadıb.

Ruan Renato 32-ci dəqiqədə hesabı açıb. Davit Volkov 47-ci dəqiqədə fərqi ikiqat artırıb. Ruan Renato penaltidən qolla matçın son qolunu vurub.

Komandalar arasında cavab oyunu 16 iyula planlaşdırılıb. Oyun Kutaisidə “Torpedo”nun stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Almaz Həsənli