Lego futbol üzrə Dünya Çenpionatının kubokunun səkkiz metrlik nüsxəsini təqdim edib
"Lego" şirkəti Nyu-Yorkdakı Rokfeller Mərkəzində futbol üzrə Dünya Kubokunun nüsxəsini quraşdırıb. Oyuncaq kubokun hündürlüyü 8,4 metrdir. Oxuməni.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Konstruktor 1,36 milyon "Lego" kərpicindən ibarətdir. 59 mütəxəssisdən ibarət komandanın Dünya Kubokunun nüsxəsini yığıb quraşdırması səkkiz aydan çox vaxt aparıb. Kubokun ətrafında Dünya Çempionatının iştirakçıları olan Lionel Messi, Kilian Mbappe, Kriştiano Ronaldo və Vinisius Juniorun "Lego" fiqurları yerləşdirilib.
Abidənin yaradılması Nyu-Yorkda "Lego" fan-zonasının açılışına təsadüf edir. Fan-zona iyulun 19-da keçiriləcək Dünya Çempionatının finalına qədər fəaliyyət göstərəcək. Kubokun nüsxəsinin təqdimatında Braziliya milli komandasının keçmiş kapitanı Kafu da iştirak edib. O, 1998 və 2002-ci illərdə iki dəfə dünya çempionu olub.
Turnirin başlamasından əvvəl "Lego" bir neçə xüsusi dəst buraxıb. Kolleksiyaya 2842 hissədən ibarət oyuncaq Dünya Kuboku da daxildir. Konstruktor orijinal kubokla eyni hündürlüyə — 36,8 sm-ə malikdir.
Almaz Həsənli

.jpg)
.jpg)















.jpg)
.jpg)

.jpg)

.jpg)


.jpg)










.jpg)
.jpg)
.jpg)














.jpg)






.jpg)
.jpg)
























