DÇ-2026: Argentina millisi Misir üzərində güclü iradəli qələbə qazandı, İsveçrə millisi isə Kolumbiya komandasını penaltilər seriyasında məğlub edərək 1/4 finala yüksəldi
Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.
Dünən axşam və bu gün gecə yarısı 2026-cı il futbol üzrə Dünya Çempionatında 1/8 final mərhələsinin sonuncu oyunları keçirildi.
Oxuməni.az xəbər verir ki, Argentina millisi 2026-cı il futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsində Misir komandası üzərində iradəli qələbə qazanıb.
Atlantada (ABŞ) keçirilən görüş Cənubi Amerika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 15-ci dəqiqədə Misir müdafiəçisi Yasser İbrahim açıb. 21-ci dəqiqədə Argentina hücumçusu Lionel Messi misirli hücumçu Hessem Həsənin müdafiəçi Nikolas Talyafiko ilə kobud oyunu nəticəsində təyin olunan penaltini qaçırıb. 58-ci dəqiqədə hakim VAR-a baxdıqdan sonra Misir hücumçusu Mostafa Zikonun qolunu qol epizodu zamanı Lisandro Martinesin ayağına basdığı üçün ləğv edib. Lakin 67-ci dəqiqədə Ziko qaydalara uyğun şəkildə qol vuraraq afrikalıların üstünlüyünü ikiqat artırıb. 79-cu dəqiqədə argentinalı müdafiəçi Kristian Romero fərqi azaldıb, 84-cü dəqiqədə isə Lionel Messi hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə yarımmüdafiəçi Enso Fernandes argentinalılara 3:2 hesablı qələbə qazandırıb.
Messi 8 qolla DÇ-2026-nın bombardirlər siyahısında fransalı Kilian Mbappe və norveçli Erlinq Holandı (hər ikisinin 7 qolu var) geridə qoyaraq liderliyə yüksəlib. Həmçinin, Messi Dünya Çempionatları tarixinin bombardirlik rekordunu yeniləyib – 21 qol.
1/4 finalda Argentina millisi İsveçrə komandası ilə qarşılaşacaq.
İsveçrə millisi 2026-cı il Dünya Çempionatının 1/8 finalında Kolumbiya komandasına qalib gəlib.
Vankuverdə (Kanada) keçirilən görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib və isveçrəlilər daha dəqiq olublar – 4:3.
İsveçrəlilərdən Qranit Caka, Zeki Amduni, Sedrik İtten və Ruben Varqas penaltiləri dəqiq yerinə yetiriblər. Manuel Akanci isə topu qapının üstündən vurub.
Kolumbiyalılardan Xuan Kintero, Haminton Kampas və Luis Dias penaltiləri qola çeviriblər. Davinson Sançes topu tirə vurub, Kuço Ernandesin zərbəsini isə Qreqor Kobel dəf edib.
1/4 finalda İsveçrə komandası Argentina millisi ilə qarşılaşacaq. Matç iyulun 12-də "Errouhed" stadionunda (Kanzas-Siti, Missuri, ABŞ) keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Oxuməni.az Dünya Çempionatında baş tutacaq 1/4 finalın oyunların siyahasını təqdim edir ( Bakı vaxtı ilə göstərilmişdir, oyunlar Ictimai TV kanalında canlı yayımlanır) :
1/4 finalın bütün oyunlarının cədvəli:
10 iyul. 00:00. Boston. Fransa - Mərakeş
10 iyul. 23:00. Los-Anceles. İspaniya - Belçika
12 iyul. 01:00. Mayami. Norveç - İngiltərə
12 iyul. 05:00. Kanzas-Siti. Argentina - İsveçrə.
Yarımfinalların birində Fransa - Mərakeş və İspaniya - Belçika cütlüklərinin qalibləri, digərində isə Norveç - İngiltərə və Argentina - İsveçrə oyunlarının güclüləri qarşılaşacaqlar.
2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı Dünya Çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.
Almaz Həsənli
.jpg)
.jpg)











.jpg)











.jpg)
.jpg)
.jpg)














.jpg)






.jpg)
.jpg)



































