"Sabah" Çempionlar Liqasının ilk oyununda TNS üzərində inamlı qələbə qazandı
Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. "Sabah" Masazırdakı stadionunda TNS ilə qarşılaşıb. Oyun olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Bununla belə hər iki tərəfin səylərinə baxmayaraq birinci hissədə hesab açılmayıb. İkinci hissədə üstünlüyü tam ələ alan "Sabah" nəhayət ki, istədiyinə nail olub. Oyunun 66-cı dəqiqəsində "Sabah"ın oyunçusu Velko Simiç künc zərbəsindən rəqib meydanına göndərilən topu başla qapıya göndərərək hesabı açıb. Bundan sonra da rəqibi qapı ağzına sıxışdırmaqda davam edən "Sabah"ın oyunçuları hesabı artırmağa nail olublar. Oyunun 84-cü dəqiqəsində Kahim Parris ikinci topu TNS-in qapısından keçirib :2-0
Oyuna əlavə edilmiş vaxtın 2-ci dəqiqəsində ( 90+2) "Sabah"ın oyunçusu Stive Solve kobud oyuna görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bununla belə oyun 2-0 hesabı ilə "Sabah"ın xeyrınə başa çatıb.
Komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki (İngiltərə) "Park Hall"da keçiriləcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. “Sabah” (Azərbaycan) - TNS (Uels) - 2:0
Ool: Velko Simiç, 66, Kaheem Parris, 83
Qırmızı vərəqə: Stiv Solve, 90+2 ("Sabah")
Baş hakim: Patrik Qriskieviç (Polşa)
Əziz MUSTAFA



























.jpg)






.jpg)
.jpg)




















































