Kriştianu Ronaldu Dünya Çempionatı pley-off tarixinin ən yaşlı oyunçusu oldu
Portuqaliyalı hücumçu və kapitan Kriştianu Ronaldu Dünya Çempionatı pley-off tarixinin ən yaşlı oyunçusu oldu.
Oxuməni.az xəbər verir ki, Portuqaliya yığması dünən gecə Torontoda 2026-cı il Dünya Kubokunun 1/16 finalında Xorvatiya ilə qarşılaşıb.
Oyun zamanı Ronaldonun 41 yaş 148 günlüyü var idi. O, İngiltərə qapıçısı Peter Şiltonun 40 il 292 günlük rekordunu keçib. Xorvatiya kapitanı Luka Modriç də bu göstəricidə 40 il 297 günlük göstərici ilə ingilisi keçib.
Ronaldo 2026-cı il Dünya Kubokunun qrup mərhələsində üç oyunda iştirak edərək iki qol vurub. Modriç həmçinin üç oyunda iştirak edib və bir məhsuldar ötürmə edib.
Almaz Həsənli
Digər xəbərlər


































.jpg)
.jpg)

.jpg)





















































