Futbol üzrə Dünya Çempionatında ABŞ, İngiltərə və Belçika pley-off matçlarında qalib gələrək növbəti mərhələyə adlayıblar
Futbol üzrə Dünya Çempionatı çərçivəsində Santa Klaradakı Levi's Stadionunda ABŞ 1/8 final matçında Bosniya və Herseqovina ilə görüşüb. Oyunda hesabı birinçi hissənin 45-ci dəqiqəsində ABŞ millisinin oyunçusu Baloqan açıb. İkinci hissənin 82-ci dəqiqəsində Tillman ikinci topu bosniyalıların qapısından keçirib. Oyun 2-0 hesabı ilə ABŞ-ın xeyrinə başa çatıb.
ABŞ 1/8 final mərhələsində Belçika ilə görüşəcək.
ABŞ-ın Atlanta şəhərindəki Mercedes-Benz stadionunda İngiltərə ilə Konqo Demokratik Respublikası üz-üzə gəlib. Oyunun 7-ci dəqiqəsində konqolu Bryan Sipenga hesabı açıb. Oyunun 75-ci dəqiqəsində Harri Keyn hesabı bərabərləşdirib. Keyn 86-cı dəqiqədə daha bir qol vuraraq İngiltərənin 2-1 hesabı ilə Konqoya qalib gəlməsini təmin edib.
İngiltərə 1/8 finalda Meksika ilə qarşılaşacaq.
Dünya Çempionatı çərçivəsində növbəti oyun ABŞ-ın Sietl şəhərində Belçika və Seneqal arasında keçirilib. Hesabı oyunun 25-ci dəqiqəsində seneqallı Diarra açıb. İkinci hissənin 51-ci dəqiqəsində Seneqal millisinin oyunçusu Sarr vurduğu gözəl qolla hesab arasındakı fərqi iki topa çatdırıb. Bununla belə belçikalılar iradə nümayiş etdirə biliblər. Oyunun 86-cı dəqiqəsində Lukaku hesb arasındakı fərqi azalda bilib. 89-cu dəqiqədə isə Tilemans daha bir qol vuraraq hesabı bərabərləşdirib. Qalibi müəyyən etmək üçün əlavə olunan vaxtın 120-ci dəqiqəsində Tilemans penaltidən qol vuraraq Belçikanın Seneqal üzərində 3-2 hesabı ilə qalib gəlməsinə kömək edib.
1/8 final mərhələsində Belçika ABŞ-la görüşəcək.
Bu gün axşam və sabah pley-off matçlarında Bakı vaxtı ilə aşağıdakı oyunlar keçiriləcək:
2 iyul, saat 23:00
İspaniya – Avstriya
3 iyul, saat 03:00
Portuqaliya – Xorvatiya
3 iyul, saat 07:00
İsveçrə – Əlcəzair
3 iyul, saat 22:00
Avstraliya – Misir
Əziz MUSTAFA


























































































