Tramp İnfantinodan hədiyyə olaraq 2026-cı il Dünya Çempionatı oyunlarına 10 bilet alıb
FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampa 2026-cı il Dünya Çempionatı oyunlarına 10 bilet hədiyyə edib. Oxuməni.az xəbər verir ki, CNBC bu barədə məlumat verib.
ABŞ lideri illik maliyyə hesabatını dərc edib.
Sənədlərdə Trampın ümumi dəyəri 370.000 dollardan çox olan hədiyyələr aldığı bildirilib, bunların əksəriyyəti idman tədbirlərinə biletlərdir. Bunlara 15.000 dollar dəyərində 10 Dünya Çempionatı oyunu, 10 Superboul (Amerika futbolunda final oyununun adı-red.) bileti, iki UFC tədbirinə hər biri 15 bilet və müxtəlif liqalardan digər idman tədbirlərinə biletlər daxildir.
Xatırladaq ki, 2026-cı il Dünya Kuboku finalı 19 iyulda Nyu-York şəhərindəki “MetLife” Stadionunda keçiriləcək.
Almaz Həsənli
Digər xəbərlər


























































































