Futbol üzrə Dünya Çempionatında Paraqvay, Braziliya və Mərakeş pley-off matçında qalib gələrək növbəti mərhələyə addayıblar
Dünya Çempionatının pley-off matçında Braziliya Yaponiya ilə qarşılaşıb. Oyunda hesabı 29-cu dəqiqədə yaponiyalı Kayşu Sano açıb. İkinci hissənin 56-cı dəqiqəsində braziliyalı Kazemiro hesabı bərabərləşdirib. Oyuna əlavə edilmiş vaxtın 5-ci dəqiqəsində Qabriel Martinelli qələbə qolunu vuraraq Braziliya komandasını növbəti mərhələyə çıxarıb. Növbəti mərhələdə Braziliyanın rəqibi Fil Dişi Sahili - Norveç matçının qalibi olacaq.
Dünya Çempionatının pley-off marçında Almaniya Paraqvayla qarşılaşıb. Oyunda hesabı 42-ci dəqiqədə paraqvaylı Julio Enciso açıb. İkinci hissənin 54-cü dəqiqəsində Almaniya millisinin hücumçusu Kay Havertz hesabı bərabərləşdirib. Oyun bu hesabla başa çatdığından qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtda qapılara top vurulmayıb. Nəticədə qalibi aşkar etmək üçün penaltilərdən istifadə edilib. Penaltiləri daha dəqiq yerinə yetirən Paraqvay 4-3 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Bu gün səhər baş tutan növbəti pley-off matçında isə Niderland Mərakeşlə üz-üzə gəlib. Oyunda hesabı ikinci hissənin 72-ci dəqiqəsinda niderlandlı Qakpo açıb. Oyuna əlavə edimiş vaxtın birinci dəqiqəsində mərakeşli İssa Diop hesabı bərabərləşdirib. Oyun bu hesabla başa çatdığından qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtda da qalibi müəyyən etmək mümkün olmayıb və penaltilər seriyasına əl atılıb. Penaltiləri daha dəqiq yerinə yetirən Mərakeş Niderlanda 3-2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Bu gün axşam və sabah pley-off matçlarında Bakı vaxtı ilə aşağıdakı oyunlar keçiriləcək:
30 iyun, saat 21:00
Kot d'İvuar - Norveç
1 iyul, saat 01:00
Fransa – İsveç
1 iyul, saat 05:00
Meksika – Ekvador
1 iyul, saat 20:00
İngiltərə – Konqo D
Əziz MUSTAFA




















































.jpg)




































