Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər

Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər

12:35
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada, "Dinamo Mahaçqala" klubunda davam etdirə bilər.

Oxuməni.az xəbər verir ki, "Sport-Express" qəzeti "Dinamo Mahaçqala"nın hazırda azad agent olan hücumçu Ramil Şeydayevlə maraqlandığını öyrənib.

30 yaşlı azərbaycanlının son klubu "Qarabağ" olub. Ötən mövsüm oyunçu 11 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 600.000 avro qiymətləndirir.

Xatırladaq ki, Şeydayev "Zenit" Sankt-Peterburqun gənclər komandasının yetirməsidir. O, Azərbaycan milli komandasında 69 oyunda 10 qol vurub.

Almaz Həsənli