İran FİFA-dan 2026-cı il Dünya Çempionatının Misirlə oyununda LGBT şərəfinə mərasimlər keçirməməsini xahiş edib
İran millisi FİFA-ya rəsmi müraciət edərək, 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda Misir millisi ilə oyunda LGBT atributları ilə bağlı mərasimlər keçirməməsini və reklam çarxlarından istifadə etməməsini xahiş edib. Oxuməni.az xəbər verir ki, bu barədə RMC Sport məlumat verib.
Oyun bu şənbə Sietldəki "Lumen Field" stadionunda Bakı vaxtı ilə saat 7:00-da başlayacaq.
"İran İslam Respublikası Futbol Federasiyası bu məsələyə çox ciddi yanaşır və öz mövqeyini FİFA-ya bildirib. İran və Misir dərin mədəni və dini dəyərləri bölüşən iki müsəlman ölkəsidir. Hər iki federasiyanın ifadə etdiyi fikirlər bu iki ölkənin əhalisi tərəfindən paylaşılan inancları əks etdirir. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu hərəkətlə bağlı heç bir mərasim və ya reklam tədbiri stadionda keçirilməməlidir", - deyə RMC Sport İran millisinin adını açıqlamayan nümayəndəsinin sözlərini sitat gətirib.
Almaz Həsənli























































































