Kürasao milli komandası 2026-cı il Dünya Çempionatındakı unikal rekordu sayəsində Ginnesin Rekordlar Kitabına düşüb

Kürasao milli komandası 2026-cı il Dünya Çempionatındakı unikal rekordu sayəsində Ginnesin Rekordlar Kitabına düşüb

12:49
Bəyəndim (1) Bəyənmədim (0)


Kürasao milli komandası 2026-cı il FİFA Dünya Çempionatında iştirakı sayəsində Ginnesin Rekordlar Kitabına düşüb. Oxuməni.az “championat.com”a istinadla xəbər verir ki, bu barədə yerli futbol federasiyası açıqlayıb.
Kürasao milli komandası turnirdə iştirak edən ən az əhalisi olan ölkə olmaqla Dünya Kuboku tarixində unikal bir nailiyyətə imza atıb. Ada ölkəsinin ümumi əhalisi 156115 nəfərdir. Bu, turnir tarixində Dünya Kubokunda iştirak edən bütün ölkələr arasında ən az əhalidir.
Xatırladaq ki, Kürasao milli komandası 2026-cı il FİFA Dünya Kubokundakı debüt matçında Almaniyaya məğlub olub. Oyun 7-1 hesabı ilə Almaniya komandasının xeyrinə başa çatıb.
Almaz Həsənli