Futbol üzrə Dünya Çempionatı: Çexiya heç-heçə etdi, İsveşrə və Kanada böyük, Meksika isə minimal hesabla qələbə qazandı
Dünya Çempionatının A qrupunun ikinci matçında Çexiya və Cənubi Afrika qarşılaşdı. Mercedes-Benz Stadionunda keçirilən matç 1-1 hesablı heç-heçə ilə başa çatdı.
Çexiya 6-cı dəqiqədə Sadilek vasitəsilə hesabı açdı və ilk hissəni üstün başa vurdu. Cənubi Afrika 81-ci dəqiqədə Mokoenanın penalti zərbəsi ilə hesabı bərabərləşdirdi. Qalan vaxtda başqa qol vurulmadı.
Bu nəticə ilə Çexiya və Cənubi Afrika Dünya Kubokunda ilk xallarını qazandılar. Qrupun üçüncü və son matçında Çexiya Meksika ilə, Cənubi Afrika isə Cənubi Koreya ilə qarşılaşacaq.
Çexiya sonuncu dəfə Dünya Kubokunda 2006-cı ildə iştirak etmişdi. 20 ildən sonra turnirə qayıdan 2026-cı il Dünya Kubokunda Çexiya A qrupunun açılış matçında 1-0 hesabı ilə öndə olsa da, Cənubi Koreyaya 2-1 hesabı ilə məğlub oldu. Cənubi Afrika ilə heç-heçə Çexiyaya 20 ildən sonra ilk qrup mərhələsi xalını qazandırdı.
4:1-lik qələbə
B qrupunun ikinci oyun günündə İsveçrə Bosniya və Herseqovina qarşılaşdı. Los-Ancelesdəki SoFi Stadionunda keçirilən matç İsveçrənin 4-1 hesablı qələbəsi ilə başa çatdı.
İsveçrənin qələbəsini təmin edən qolları 75 və 90-cı dəqiqələrdə Manzambi, 84-cü dəqiqədə Varqas və 90+7-ci dəqiqədə Qranit Caka penaltidən vurublar. Bosniya və Herseqovinanın yeganə qolunu 90+3-cü dəqiqədə Mahmiç vurub. 80-ci dəqiqədə bosniyalı Muharemoviç açıq qol fürsətini pozduğuna görə birbaşa qırmızı vərəqə alıb.
Bu nəticə ilə İsveçrə qrupda dörd xal toplayıb. Bosniya və Herseqovinanın bir xalı var. İsveçrə 24 iyunda qrupun son oyun günündə Kanada ilə qarşılaşacaq.
Bosniya və Herseqovina isə eyni gündə və eyni saatda Qətərlə qarşılaşacaq.
Qətər -Kanada oyununda 6 top və iki qırmızı vərəqə
B qrupunda Qətər komandası qrup mərhələsinin ikinci turunda Kanadaya sarsıdıcı məğlubiyyətlə üzləşdi. Kanadanın Vankuver şəhərindəki BC Place stadionunda keçirilən matç 6-0 hesabı ilə başa çatdı. Artıq 16-cı dəqiqədə kanadalılar hesabı açıblar:Qolu rəqib qapısında Kayl Larin keçirib. 29-cu dəqiqədə İtaliyanın “Yuventus” klubunu təmsil edən Conatan David dubl edib.
Uğursuz keçən görüşdən əlavə, qətərlilər 33-cü dəqiqədə azlıqda qalıb. Homam Əhməd kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. 45+3-cü dəqiqədə həmin David hesabı artırıb - 3:0.
51-ci dəqiqədə Qətər millisinin futbolçusu Assim Madibo istəmədən İsmael Koneni ciddi zədələyib. Madibo meydandan qovulub və qətərlilər 9 nəfərlə oynamalı olublar.
Qalan vaxtda Kanada daha üç qol vurdu. Əvvəlcə Nathan Saliba (64-cü dəqiqə) hesabl artırıb, sonra qətərli Mohamed Manai avtoqol müəllifi olub. Jonathan David isə əlavə edilmiş vaxtda komandasının 6-cı, özünün isə 3-cü qolunu vurub.
Final fitindən sonra kütləvi dava düşüb. Qətər Dünya Kuboku tarixində tək bir oyunda iki qırmızı vərəqə alan və öz qapısına qol vuran ilk komanda olub.
Kanada və Qətər İsveçrə və Bosniya və Herseqovina ilə birlikdə B qrupunda yer alır. Qətər üzərində qələbə Kanadanın qrupunda birinci yerdə olmasına kömək edib.
Meksika Dünya Kubokunda pley-off mərhələsinə vəsiqə qazanan ilk komanda oldu
A qrupunda Meksika Cənubi Koreya ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə Meksika komandasının xeyrinə başa çatıb. Gərgin keçən oyunda yeganə qolu oyunun 50-ci dəqiqəsində Meksika komandasının oyunçusu Luis Romo vurub.
6 xalla Meksika qrupda birinci yeri tutaraq 1/32 finala vəsiqə qazanıb. Orada meksikalılar üçüncü yeri tutan komandalardan biri ilə qarşılaşacaqlar.
Üçüncü turda Çexiya Meksika ilə, Cənubi Afrika isə Koreya Respublikası ilə qarşılaşacaq. Hər iki oyun 25 iyunda, Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Mundialın növbəti oyun günündə 4 matç keçiriləcək.
Görüşlər Bakl vaxtı ilə aşağıdakı telekanallar vasitəsilə canlı yayımlanacaq.
19 iyun
DÇ-2026
23:00 ABŞ – Avstraliya (İctimai TV, TRT 1)
20 iyun
DÇ-2026
02:00 Şotlandiya – Mərakeş (İctimai TV, TRT 1)
04:30 Braziliya – Haiti (İctimai TV, TRT 1)
07:00 Türkiyə – Paraqvay (İctimai TV, TRT 1, TRT Spor)
Əziz MUSTAFA

























































.jpg)
.jpg)
.jpg)





























