Çövkən üzrə Azərbaycan millisi dünya çempionu oldu
Bakıda keçirilən Dünya Çempionatının qalibi Azərbaycanın çovkən üzrə yığma komandası olub.
Oxuməni.az-ın məlumatına görə, finalda komandamız Çili yığmasını 3:0 hesabı ilə məğlub edib.
Bürünc medal uğrunda mübarizədə Uruqvay yığması Nigeri 3:2 hesabı ilə üstələyib.
Xatırladaq ki, çovkən üzrə II Dünya Çempionatı iyunun 7-dən 13-dək Bakıda keçirilib. Turnirdə iki qrupa bölünmüş on milli komanda iştirak edib. A qrupuna Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yığmaları daxil olub. B qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt komandaları çıxış edib.
Dünya çempionatının bütün oyunları Binəqədi Atçılıq Mərkəzində keçirilib.
Almaz Həsənli
Digər xəbərlər














































.jpg)
.jpg)
.jpg)





































