Meksika CAR-a 2:0 hesabı ilə qalib gəlib

Meksika CAR-a 2:0 hesabı ilə qalib gəlib

12 İyun 07:44
Bəyəndim (1) Bəyənmədim (0)

Dünya Çempionatı Meksika və Cənubi Afrika arasında keçirilən oyunla başlayıb.

Oyunun doqquzuncu dəqiqəsində Cənubi Afrika qapıçısı topu müdafiəçisinə ötürüb. Müdafiəçi isə topu geri qaytaranda rəqib oyunçu onu ələ keçirərək komanda yoldaşı Quinyonesə ötürüb. O isə sərrast zərbə ilə hesabı açıb.

Dünya Çempionatında qapıya vurulan ilk qolun sahibi Quinyones əslən Kolumbiyadandır və Kolumbiya millisinin üzvü olub. Lakin futbolçu kimi peşəkar karyerasına Meksikada başlayıb və 2016-cı ildən 2024-cü ilə qədər bir neçə klubda yüksək səviyyədə oynayıb. 2023-cü ildə o, vətəndaşlıq alıb və Meksika millisində oynamağa başlayıb.

2025/26 mövsümündə Quinyones "Əl-Qadisiyah"ın oyunçusu kimi Səudiyyə Ərəbistanı Premyer Liqasında 33 qol vurub və bu, onu həmin liqanın ən çox qol vuran oyunçusu edib. İkinci hissənin əvvəlində 49-cu dəqiqədə CAR-ın oyuncusu Yaya Sithole kobud oyuna görə meydandan qovulub və komandasını azlıqda qoyub. Bundan istifadə edən Raul Jimenez 67-ci dəqiqədə ikinci topu rəqib komandanın qapısından keçirib.

84-cü dəqiqədə Cənubi Afrikanın oyunçusu Themba Zwane də kobud oyuna görə meydandan qovulub.

Əlavə vaxtda isə Meksika komandasının oyunçusu Sezar Montes də kobud oyuna görə, qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq Meksika yığması CAR-a 2-0 hesabı ilə qalib gələ bilib.

Əziz MUSTAFA