FİDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti olaraq dayandırıb
Beynəlxalq Şahmat Federasiyası (FİDE ) Rusiya Şahmat Federasiyasının (RSF) üzvlüyünü müvəqqəti olaraq dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat verib.
Mətbuat açıqlamasında FİDE Şurasının Rusiya Federasiyasının üzvlüyünü müvəqqəti olaraq dayandırmaq qərarına gəldiyi bildirilir, çünki RSF İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən müəyyən edilmiş tələbləri son tarixdə yerinə yetirməyib.
Eyni zamanda, FİDE idman milliyyətindən asılı olmayaraq fərdi idmançıların hüquqlarını qorumağa davam edəcəyini açıqlayıb.
Bəyanatda deyilir: "BOK-un qaydaları və tövsiyələri nəzərə alınmaqla, oyunçuların FİDE-nin himayəsi altında turnirlərdə iştirakını təmin etmək üçün bütün zəruri tədbirlər görüləcək".
Almaz Həsənli
Digər xəbərlər











































.jpg)

















.jpg)

























