40%-dən çox özbək azarkeş 2026-cı il Dünya Çempionatına ABŞ vizası ala bilməyib
ABŞ-da keçiriləcək 2026-cı il Dünya Çempionatının oyunlarını izləməyi planlaşdıran Özbəkistandan olan futbol azarkeşlərinin 40%-dən çoxu ABŞ vizası ala bilməyib.
Oxuməni.az yerli KİV-in məlumatına istinadən xəbər verir ki, bir çox futbol azarkeşi giriş sənədlərini rəsmiləşdirərkən ciddi çətinliklərlə üzləşib. Ərizələrin əhəmiyyətli bir hissəsi rədd edilib, digərlərinin isə baxılması uzun müddətə uzanıb.
BBC-nin təhlilinə görə, viza və səyahət məhdudiyyətləri ilə bağlı problemlər 2026-cı il Dünya Çempionatında iştirak edən ölkələrin dörddə birindən çoxunu əhatə edir. Bir sıra ölkələrin vətəndaşları üçün ABŞ vizası almaq prosedurları daha da çətinləşib, bu da turniri ziyarət etmək üçün əlavə maneələr yaradır.

Ekspertlər qeyd edirlər ki, oxşar çətinlikləri təkcə Özbəkistandan olan azarkeşlər deyil, həm də Dünya Çempionatının digər iştirakçı ölkələrinin azarkeşləri də yaşayır. Nəticədə, minlərlə futbol həvəskarı Dünya Çempionatı oyunlarını birbaşa stadionlarda görmək imkanından məhrum ola bilər.
2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir dünya çempionatları tarixində ən böyük turnir olacaq və ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək.
Almaz Həsənli





















.jpg)

















.jpg)














































