Azərbaycan San Marinonu məğlub etdi
Azərbaycan milli futbol komandası iyun ayındakı təlim-məşq toplanışını yoldaşlıq oyununda San Marinonu məğlub edərək uğurla başa vurdu.
Oxuməni.az xəbər verir ki, Ayxan Abbasovun komandası 2-1 hesabı ilə qalib gəlib.
Oyun Macarıstanın Sombathey şəhərindəki Haladas stadionunda baş tutub.
San Marino kapitanı Nikola Nanni 9-cu dəqiqədə hesabı açıb. 27-ci dəqiqədə Rəhman Daşdəmirov hesabı bərabərləşdirib. 49-cu dəqiqədə isə Renat Daşdaşov qol vuraraq Azərbaycanı 2-1 hesabı ilə irəli çıxartdı.
Xatırladaq ki, bu il aprelin 1-də açıqlanan FIFA reytinqində Azərbaycan 124-cü, San Marino isə 211-ci yerdədir.
Bundan əvvəl, hazırkı təlim-məşq toplanışı zamanı “Milli” Malta millisi ilə yoldaşlıq oyunu keçirmişdi (0:2).
Almaz Həsənli
Digər xəbərlər




























.jpg)
























































