Azərbaycan milli futbol komandası San Marino ilə yoldaşlıq oyunu keçirəcək
Bu gün Azərbaycan milli futbol komandası Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirəcək.
Oxuməni.az-ın məlumatına görə, Ayxan Abbasovun komandası San Marino ilə qarşılaşacaq.
Oyun Macarıstanın Sombathey şəhərindəki Haladas stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Macarıstanlı hakim Marton Ruş hakimlik edəcək.
Xatırladaq ki, bu təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununda Azərbaycan millisi Maltaya 2-0 hesabı ilə məğlub olub.
Almaz Həsənli
Digər xəbərlər























































































