ABŞ-da Ağ Evin yaxınlığında keçiriləcək UFC tədbirinə qarşı iddia qaldırılıb

ABŞ-da Ağ Evin yaxınlığında keçiriləcək UFC tədbirinə qarşı iddia qaldırılıb

16:11
Bəyəndim (1) Bəyənmədim (0)


İnsan haqları təşkilatı “Public Integrity Project” Ağ Evin ərazisində keçirilməsi planlaşdırılan UFC tədbirlərinin ləğv edilməsini tələb edən iddia qaldırıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “CBS News” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
İddiada deyilir: "Tədbir 'Amerika müstəqilliyinin 250 illiyinin qeyd edilməsi' deyil.
İnsan haqları fəalları “UFC Freedom 250”-nin yalnız promouter, “Paramount” şirkəti və onların reklamçılarının maliyyə qazancı üçün təşkil edildiyini iddia edirlər. İddiada milli park ərazisində kommersiya yarışlarının keçirilməsinin mövcud ABŞ qanunlarını pozduğu bildirilir.
Bundan əlavə, iddia müəllifləri müvəqqəti idman arenasının və ərazidə nəhəng bir tağın inşasının Konqres tərəfindən təsdiqlənmədiyini vurğulayıblar. Fəallar qarşıdan gələn şounu "dərin korrupsiya" adlandırıblar.
Döyüşlər 14 iyunda Ağ Evin qazonunda keçirilməsi planlaşdırılır. Hazırda ərazidə tribunaların və səkkizbucaqlının quraşdırılması işləri başa çatır.
İyunun 4-də ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində Ultimate Fighting Championship (UFC) döyüşləri üçün müvəqqəti arenanın tikilməsinin Eyfel qülləsinin tikilməsi ilə müqayisə edilə biləcəyini bildirib.
Almaz Həsənli