Azərbaycan Avropa çempionatının ikiqat qalibi oldu

Azərbaycan Avropa çempionatının ikiqat qalibi oldu

10:09
Bəyəndim (1) Bəyənmədim (0)


Dünən axşam Azərbaycanın mini-futbol üzrə yığma komandası Bratislavada (Slovakiya) Avropa çempionatının final matçını keçirib.
Oxuməni.az xəbər verir ki, Bratislavada keçirilən turnirin final matçında "millimiz" Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib. Qolları Rzayev (7-ci dəqiqə) və Atayev (50+5) vurub.
Turnir boyu Azərbaycan həmçinin Avstriyanı (1:0), İtaliyanı (3:0), Fransanı (3:2), Qazaxıstanı (3:2), Çexiyanı (5:2) və Serbiya ilə (1:1, penaltilərlə 3:1) qarşılaşmalarda qələbə qazanıb.
Beləliklə, Azərbaycanın mini-futbol üzrə yığma komandası tarixində ikinci dəfə Avropa çempionu olub.
Xatırladaq ki, Azərbaycan yığması daha əvvəl 2022-ci ildə də Avropa çempionu olmuşdu.
Almaz Həsənli