"Real Madrid" klubu "Liverpul"un müdafiəçisi İbrahima Konate ilə şifahi razılığa gəlib
"Liverpul"un müdafiəçisi İbrahima Konate karyerasını "Real Madrid"də davam etdirəcək.
Fabritsio Romanonun məlumatına görə, İspaniya klubu artıq 27 yaşlı futbolçunun gələcək transferi ilə bağlı şifahi razılığa gəlib. Fransalı mərkəz müdafiəçisi "Los Blancos"la dörd illik müqavilə imzalayacaq.
Konate iyun ayında "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra Madrid komandasına azad agent kimi qoşula biləcək. Mersisayd klubu əvvəllər oyunçu ilə müqaviləsinin uzadılması barədə danışıqlar aparmışdı, lakin heç bir razılıq əldə olunmamışdı.
"Real Madrid"in prezidenti Florentino Peres yenidən seçilərsə, müqavilənin yekunlaşacağı gözlənilir.
Konate bu mövsüm Liverpulda bütün yarışlarda 51 oyun keçirib və iki qol vurub.
Əziz MUSTAFA
Digər xəbərlər






















































































