Azərbaycanın minifutbol üzrə milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın minifutbol üzrə milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib

10:12
Bəyəndim (1) Bəyənmədim (0)


Azərbaycanın minifutbol üzrə milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib. Turnir Slovakiya paytaxtı Bratislava şəhərində keçirilir.
Oxuməni.az-ın məlumatına görə, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda dörddəbir finalda Çexiya yığmasını məğlub edib. “Tipos Arena”-da baş tutan görüş 5:2 hesabı ilə Azərbaycanın xeyrinə başa çatıb.
Azərbaycan millisinin qollarına Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov imza atıblar.
Daha əvvəl "millimiz" Avstriyanı (1:0), İtaliyanı (3:0), Fransanı (3:2) və Qazaxıstanı (3:2) da məğlub edib.
Yarımfinalda Azərbaycan Serbiya ilə qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Digər yarımfinal matçında isə Macarıstan və Ukrayna komandaları üz-üzə gələcəklər.
Xatırladaq ki, Azərbaycan millisi AVRO-2022-nin qalibi olub.
Almaz Həsənli