Azərbaycan Qazaxıstanı məğlub edərək Avropa çempionatının dörddəbir finalına yüksəldi
Ötən gün axşam futzal üzrə Azərbaycan millisi Avropa çempionatının 1/8 final matçını Bratislavada (Slovakiya) keçirib.
Oxuməni.az xəbər verir ki, dörddəbir finala vəsiqə uğrunda görüşdə Elşad Quliyevin komandası Qazaxıstan millisi ilə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisinin heyətində Rəvan Kərimov (3-cü dəqiqə), İsa Atayev (8-ci dəqiqə) və Məhəmməd Xəlilov (28-ci dəqiqə) fərqləniblər.
Qələbə qazanmaqla komandamız dörddəbir finala yüksəlib və bu gün Çexiya millisi ilə qarşılaşacaq.
Görüşün qalibi turnirin yarımfinalına yüksələcək və orada Rumıniya - Serbiya cütünün qalibi ilə oynayacaq.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) komandaları üzərində qələbə qazanmışdı.
Almaz Həsənli
























































































