Finlandiya millisi hokkey üzrə dünya çempionatının beşqat qalibi olub
Finlandiya millisinin hokkeyçiləri dünya çempionatının finalında İsveçrə milli komandasını 1:0 hesabı ilə məğlub ediblər.
Oxuməni.az xəbər verir ki, əlavə vaxtın 11-ci dəqiqəsində Konsta Helenius dəqiq zərbə endirib.
Beləliklə, Finlandiya millisi tarixində beşinci qızıl medalını qazanıb. Daha əvvəl komanda 2022-ci ildə dünya çempionu olub.
İsveçrə millisi ardıcıl üçüncü dəfə dünya birinciliyinin finalında məğlub olub. İsveçrəlilər bütün finalları həlledici oyunlarda bir qol belə vurmadan uduzublar.
Ümumilikdə, İsveçrə tarixində dünya çempionatlarının finallarında altı dəfə məğlub olub.
İsveçrədə keçirilən 2026-cı il dünya çempionatının bürünc medalını Norveç millisi qazanıb. Üçüncülük uğrunda oyunda Kanada komandasını 3:2 hesabı ilə məğlub edən Norveçlilər üçün bu, dünya çempionatları tarixində ilk medal olub.
Almaz Həsənli
























































































