Modriç 2026-cı il Dünya Çempionatından sonra karyerasını başa vuracağını elan edə bilər
Milan və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2026-cı il Dünya Kubokundan sonra karyerasını başa vuracağını elan edə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə insayder Nikola Şira X sosial şəbəkəsində məlumatı verib.
“Tuttosport” əvvəllər 40 yaşlı mütəxəssisin Milanla iyunun sonuna qədər davam edən müqaviləsini yeniləmək niyyətində olmadığını bildirmişdi.
Xorvatiya millisi 2026-cı il Dünya Kubokunda L qrupunda İngiltərə, Qana və Panama ilə oynayacaq.
2018-ci ildə Modriç Rusiyada keçirilən Dünya Kubokunda "Qızıl Top" və gümüş medal qazanıb. O, "Real Madrid" ilə altı dəfə Çempionlar Liqasını, dörd dəfə İspaniya liqasının titulunu, iki dəfə Kral Kubokunu, beş İspaniya Super Kubokunu, beş UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.
Futbolçu daha əvvəl "Real Madrid", "Tottenhem", "Dinamo Zaqreb", "İnter Zaprešić" və "HSK Zrinjski Mostar"da çıxış edib.
Almaz Həsənli





.jpg)













































.jpg)







































