Sabah WBC, WBA və IBF üzrə ağır çəki çempionu ukraynalı Oleksandr Usik Riko Verhoven  ilə qarşılaşacaq

Sabah WBC, WBA və IBF üzrə ağır çəki çempionu ukraynalı Oleksandr Usik Riko Verhoven ilə qarşılaşacaq

11:25
Bəyəndim (1) Bəyənmədim (0)

Sabah WBC, WBA və IBF üzrə ağır çəki çempionu ukraynalı Oleksandr Usik Riko Verhoeven ilə WBC çempionluq titulu uğrunda mübarizə aparacaqlar.

Usik və Verhoven döyüşü, 23 may şənbə günü, Misirin Giza şəhərində, əfsanəvi piramidaların yaxınlığında "Gizada Şöhrət: Məğlubedilməz İkonlar" boks şousunun əsas hadisəsi olaraq keçiriləcək. Döyüşün Bakı vaxtı ilə saat 24:00 radələrində başlaması gözlənilir.

Xatırladaq ki, Oleksandr Usik təxminən bir ildir ki, döyüşmür, sonuncu dəfə rinqə 2025-ci ilin iyul ayında çıxıb və o, Britaniyalı Daniel Duboisi revanş döyüşündə məğlub edərək karyerasında ikinci dəfə ağır çəki çempionu olub. Noyabr ayında ukraynalı könüllü olaraq WBO titulundan imtina edib.

Oleksandr peşəkar rinqdə məğlubiyyətsiz olaraq qalır və 24 döyüşdə 24 qələbə qazanıb, bunlardan 15-i nokautla olub.

Usikin rəqibi Riko Verhoven tarixin ən təcrübəli kikboksçularından biridir. O, 11 ildən çoxdur ki, "Glory" ağır çəkidə dünya çempionu tituluna sahibdir.

Verhoven 76 dəfə döyüşüb, bunlardan 66-sında qalib gəlib,onlardan 21-i nokautla başa çatıb. O, 2025-ci ilin iyun ayında son döyüşündə rusiyalı Artem Vaxitovu məğlub edib və bundan sonra "Glory"dən ayrılıb.

Qeyd etmək lazımdır ki, hollandiyalı boksçunun zəngin boks təcrübəsi var - 2014-cü ilin aprelində macarıstanlı Yanos Finferanı ikinci raundda nokaut edib.

Əziz MUSTAFA