"Arsenal" 22 ildən sonra İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşayıb
"Mançester Siti" İngiltərə Premyer Liqasının 37-ci turunda səfərdə "Bornmut"la heç-heçə edərək çempionluq yarışından kənarda qalıb. Nəticədə Londonun "Arsenal"klubu çempionatın başa çatmasına bir oyun qalmış 22 ildən sonra İngiltərə çemponu titulunu qazanıb.
"Arsenal"ın hazırda 82 xalı var və ikinci yerdə gedən və 78 xalı olan "Mançester Siti"ni 4 xal qabaqlayır. Liqa mövsümünün son matçında londonlular səfərdə "Kristal Palas"la qarşılaşacaqlar. İkinci yerdəki "Mançester Siti" son turda "Aston Villa"nı qəbul edəcək.
"Arsenal" 14-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Komanda sonuncu dəfə 2003/04 mövsümündə məğlubiyyətsiz qalib gəlmişdi. Premyer Liqada qələbə sayına görə London klubundan yalnız 20 dəfə titul qazanan "Mançester Siti" və "Liverpul" öndədir.
"Arsenal" daha əvvəl 2006-cı ildən bəri ilk dəfə Çempionlar Liqasının finalına çıxmışdı. Ən nüfuzlu Avropa yarışının həlledici matçında komanda "Paris Sen-Jermen" ilə qarşılaşacaq. Oyun 30 mayda Budapeştdə keçiriləcək.
Əziz Mustafa







































.png)












.jpg)







































